Əri onu döydüyü üçün boşanan aktrisa ağladı - fotolar

Əri onu döydüyü üçün boşanan aktrisa ağladı - fotolar
8950 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçən il evlənən aktyor Conni Depp və aktrisa Ember Herd boşanır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Hollivudun böyük sevgisi" adlandırılan cütlük arasında məhkəmə başlayıb. Ember məhkəmədə aktyorun onu döydüyünü deyib. Üzündə şiş və ləkə qalan 30 yaşlı aktrisa Deppin ona telefon atdığını iddia edib. Məhkəmə C.Deppə uzaqlaşdırma əmri çıxarıb.

Buna görə boşanmaq istəyən E.Herd məhkəmədən çıxarkən görüntülənib. O, kədərli halda avtomobilə minib və hıçqıraraq ağlamağa başlayıb. Fotoqrafların onu çəkdiyini görən aktrisa üzünü gizlətməyə çalışıb.

Həmin sırada isə Conni Depp öz rok qrupu ilə birgə Lissabonda konsertdə olub. C.Deppin vəkili Laura Vasser isə aktrisanın iddiaların cavab verib:

"O, sadəcə boşanmada əlavə maddə açaraq daha çox məbləğ əldə etmək istəyir".

Qeyd edək ki, ikili film çəkilişində tanış olmuşdu. Depp iki uşağının anası aktrisa Vanessa Paradisdən ayrılaraq Emberlə görüşməyə başlamışdı.