Azərbaycan musiqisinə qarşı növbəti təxribat

Azərbaycan musiqisinə qarşı növbəti təxribat
1781 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 21-də Almaniyanın Hannover şəhərində “Sarı gəlin” adı altında konsert proqramı keçirilib.

Axşam.az-ın məlumatına görə, şəhər bələdiyyəsinin hamiliyi altında baş tutan konsertdə Suriyadan gələn erməni mənşəli İbrahim Keyvo da çıxış edib. Gecədə ifa olunan Azərbaycan xalq mahnısı “Sarı gəlin” erməni mahnısı kimi təqdim olunub.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ilin 11 iyun tarixində Almaniyanın Hildeshaymdə və 25 iyun tarixində Bremerhavendə “Sarı gəlin” adlı konsertlərin keçiriləcəyinə etirazını bildirir və bu məsələdə son dərəcə həssas, diqqətli olmağı, eyni zamanda milli maraqları heç vaxt kommersiya maraqlarına qurban verməməyi tövsiyə edir.