Lindsi Lohanın hamiləlik xəbəri yayıldı

Lindsi Lohanın hamiləlik xəbəri yayıldı
1412 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Lindsi Lohanın hamilə olması xəbəri yayılıb.

Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, 29 yaşlı Lohanın sevgilisinin ad günündə qarnının böyük olması diqqətdən qaçmayıb.

Rusiyalı sevgilisi Eqor Tarabasovla xoşbəxt olduğunu deyən Lohan, bununla bağlı xəbərləri nə inkar, nə də təsdiq edib.

Qeyd edək ki, Lindsi 2 ay əvvəl sosial şəbəkədə "Dəqiq məlumatdır, mən hamiləyəm" şərhini yazmışdı. Səhəri gün isə o, bunun bir zarafat olduğunu bildirmişdi.