Conni Deppin arvadı ilə bağlı gözlənilməz iddia - lezbiyandır

Conni Deppin arvadı ilə bağlı gözlənilməz iddia -  lezbiyandır
4513 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Conni Deppin boşandığı həyat yoldaşı Ember Herdla bağlı qeyri-adi iddia irəli sürülüb.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, aktyora yaxın olan biri arvadının biseksual münasibətləri ucbatından Conninin ondan ayrıldığını deyib.

Ember Herdin model Kara Delevinglə sevgili olduğunu öyrənən 52 yaşlı Depp axmaq yerinə qoyulduğunu düşünür.

Ötən ilin fevralında nikah masasına oturan aktyor həyat yoldaşının lezbiyan olduğunu və ona heç vaxt sadiq qalmayacağını yaxınları ilə bölüşüb. 

Mənbə "Emberin kara ilə olan münasibəti gün keçdikcə, daha da irəliləyir. Onlar birlikdə partilərə qatılır, səmimi münasibətlərini gizlətmirlər. bu da Emberin Conni ilə olan ailə həyatının sonunu gətirdi" deyə, bildirib.