"Valideynlərim məni tərbiyəli böyüdüb"

"Valideynlərim məni tərbiyəli böyüdüb"
4445 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Hülya Avşarın qızı Zehra Çilingiroğlu şəhər gəzintisi zamanı paparassilər tərəfindən görüntülənib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ötən həftə səhər saat 5-də sevgilisi ilə fotokameralara tuş gələn Zehra bunla bağlı sualları cavablandırıb.

Gənc qız "Mənin 18 yaşım var, özü də atamdan da, anamdan da icazə almışdım. Valideynlərim onlar yanımda olmayanda küçədə özümü necə aparacağımı öyrədiblər. Onlar məni tərbiyəli və səviyyəli böyüdüblər" deyə, bildirib.