Nişanlısından ayrıldı, depressiyaya düşdü

Nişanlısından ayrıldı, depressiyaya düşdü
8000 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir ortalarda görünməyən almaniyalı model Şebnem Şeferin şəxsi həyatı ilə bağlı məlumat yayılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Murat Kadıoğlu ilə evlənməyə hazırlaşan, hətta gəlinlik libasını seçən modelin nişanlısı ilə mübahisəsi toy planlarını alt-üst edib. M.Kadıoğlunun mübahisənin ardınca ortadan yox olması Şebnem Şeferi depressiyaya salıb. Ayrılan zaman Almaniyada olan model, tez-tez əsəb gərginliyi keçirib. Bu vəziyyətdən çıxmaq üçün Şebnem almaniyadakı klininkaların birinə yatırılıb. Klinikaya bir gün üçün 300 avro ödəyən modelin müalicəsi 45 gün davam edib. Həkimləri ona ağır depressiya diaqnozu qoyduğu üçün müalicənin vaxtını ay yarıma qədər uzadıblar.
 
Artıq özünü yaxşı hissedən Ş.Şefer İstanbula qayıdıb. Kefinin yaxşı olduğunu deyən model podiuma çıxmağa hazırlaşır.