Üçüncü uşağının atasının adını açıqladı

Üçüncü uşağının atasının adını açıqladı
11533 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Meqan Foks boşanmağa qərar verdiyi əri Brayan Ostin Greendən üçüncü dəfə hamilədir.

Axşam.az xarici mətbuata istindən xəbər verir ki, bu xəbəri eşidənlər təəccübünü gizlədə bilməyib. 30 yaşlı aktrisa "Extra" adlı proqrama qonaq olub. İki uşaq anası Foks hamilə olmağı sevdiyini deyib. Bəzi qadınların hamiləykən özlərini narahat və məhdudlaşdırmış hiss etdiklərini bildirən aktrisa,  "Mən hamilə olanda özümü çox yaradıcı hiss edirəm. Uşağımla söhbət edirəm" - deyə bildirib.

Qeyd edək ki, ötən il ayrılan cütlüyün üç yaşında Noah və iki yaşında Bodhi adında iki oğlu var. Noahın daha bir qardaşının olacağını hiss etdiyini anası ilə bölüşür. Aktrisa rol aldığı "Teenage Mutant Ninja Turkles out of the Shadow"un bu günlərdə keçirilən ilk nümayişində iştirak edərkən, hamiləliyi açıq hiss olunub. Foksdan sözügedən verlişdə üçüncü uşağının atasını xəbər alanda, o, boşanmağa hazırlaşdığı əri Brayan Ostinin adını çəkib.