"Kösem Sultan"dan ayrılıb bu işlə məşğul olacaq

"Kösem Sultan"dan ayrılıb bu işlə məşğul olacaq
10181 dəfə oxunub
  • A-
  • A
  • A+

"Muhteşem Yüzyıl Kösem"də Safiye Sultanı oynayan Hülya Avşar serialdan ayrılacağı xəbərinə aydınlıq gətirib.

Axşam.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Avşar "Elə bura qədər idi. Serialda I Ahmet dövrü tamamilə bitir və yeni mövsümdən etibarən IV Murat dönəmi başlayır" deyib.

Serialda çəkilən zaman bir çox şeyi öyrəndiyini bildirən aktrisa, bundan irəlidəki yaradıcılığında bəhrələnəcəyini qeyd edib.

Gələcəkdə həyatının filmini çəkmək istədiyini deyən 52 yaşlı H.Avşar "Bu filmi əl kamerasıyla, bəlkə də işıqsız, təbii şəraitdə çəkəcəyəm. Maraqlı ideyalarım var. Hələlik açıqlamıram. Bunu iki il ərzində həyata keçirəcəyəm" - deyə bildirib.