"Təhqirlərə qulağımı bağlayıram" - Səmra

"Təhqirlərə qulağımı bağlayıram" -  Səmra
3427 dəfə oxunub
  • A-
  • A
  • A+
"Eurovision 2016"da ölkəmizi təmsil edən Səmra Rəhimli rusiyalı ifaçı Sergey Lazarevlə eşq yaşaması xəbərinə aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, müğənni "ATV maqazin onlarla" verilişinə açıqlamasında Rusiya mətbuatının yazdığı bu xəbərlərin yalan olduğunu iddia edib:

"Biz promo-turlar zamanı başqa ölkənin təmsilçiləri ilə görüşürdük. Ona görə də birlikdə vaxt keçirir, şəkillər çəkdirirdik. Eşq yaşama xəbərlərimiz yalandır".

Səmra geyimlərinin tənqid edilməsinə əhəmiyyət vermədiyini bildirib:

"Mənim geyimimi çox qeyri-normal qarşıladılar. Azərbaycanda ad günlərində, toylarda qızlar bu cür geyinirlər. Təhqirlərə qulağımı bağlayıram. Bu sənəti seçmişəmsə, yaxşı da, pis də deyən olacaq. Hər kəsə qulaq asan olsaydım, evdə oturardım, qapını da bağlayardım. Mən nə desələr də, irəli gedəcəm və özümü hamıya sevdirəcəm".