Çağla Şikelin yeni sevgilisi var - foto

Çağla Şikelin yeni sevgilisi var - foto
13362 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Çağla Şikel və basketbolçu Kerem Tunçeri arasında sevgi iddiaları yenidən gündəmə gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onlarla bağlı yayılan yeni dedi-qodu daha çox diqqət çəkib.

Belə ki, uşaqları ilə futbol oynayarkən zədələnən modelin köməyinə Kerem yetişib. O, Çağlanın müalicəsi üçün xəstəxanaya zəng edərək onunla xüsusi maraqlanmalarını istəyib.

Qeyd edək ki, cütlük hələ bir yerdə görülməsə də, bir müddətdir ki sevgili olduqları iddia edilir.