Bu dəfə "Futbol himni" yazdılar - fotolar

Bu dəfə "Futbol himni" yazdılar -  fotolar
972 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar Sevinc Tofiqqızı yeni bəstəsini futbola həsr edib.

Axşam.az-ın məlumatına görə, “Futbol himni” adlanan mahnının sözləri Baba Vəziroğluna məxsusdur.

S.Tofiqqızı bəstəni Aslan Hüseynovun səsləndirəcəyini deyib:

“Təhsil futbol məktəbi bir çox yarışlarda, beynəlxalq arenalarda uğurlar əldə edib. Məktəbin direktoru Pirəli Rəhimov himn yazmaq üçün mənə müraciət etdi. Baba Vəziroğlu ilə işbirliyi qurduq, artıq hazırlıqlar gedir. Gözəl alınacağına əminəm. Tezliklə buna klip də çəkiləcək və böyük təqdimat ediləcək. Baba Vəziroğlu ilə işbirliyimiz bununla bitmir, yeni mahnılar da hazırlayırıq”.