Rəhim o müğənni ilə dostluğunu bitirdi

Rəhim o müğənni ilə dostluğunu bitirdi
4342 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəhim Rəhimli uzun fasilədən sonra yenidən qayıdıb.

Axşam.az-ın məlumatına görə, ifaçı “Hər şey daxil” verilişinə qonaq olub. O, gündəmdən uzaqlaşmasının səbəbini açıqlayıb:

“Bir ilə yaxındır efirlərə çıxmıram. Uzun müddət Bakıda olmadım. Boş-boş efirə çıxıb, eyni mahnıları oxuyub, eyni söhbəti etmək mənlik deyil. Yeni mahnı ilə çıxmağı xoşlayıram”.

R.Rəhimli formada qalma sirrini bölüşüb:

“Efirə çıxmaq ərəfəsində yeyib-içməyimə fikir verirəm. Yemirəm, ac gəzirəm. Axşam 7-dən sonra yeməməyə çalışıram. Kolbasa, sosiaska yemirəm. Daha çox, göyərti, pomidor, xiyar, qatıq yeyirəm. Səhər isə bal qəbul edirəm”.

R.Rəhimli bir vaxtlar dostluq etdiyi Niyam Salami ilə münasibətləri kəsdiyini bildirib:

“Hazırda münasibətimiz əvvəlki kimi deyil. Zaman keçəndən sonra o insanın səhvlərini, sənə qarşı etdiklərini görürsən və bütün bunlar insana  xoş gəlmir. O zaman da adam düşünür ki, niyə bu adamları yaxınıma buraxdım və gəlib bu yerlərə çıxdı?! Deməli, belə qismət imiş. Heç bir şeyə görə üzülmürəm, peşman olmuram. İndi Niyam Salami ilə düşmənçiliyimiz yoxdur. Sadəcə, əvvəlki münasibətlər qalmayıb. Hazırda şou-biznesdə kişilərdən yalnız müğənni Elçin Cəfərovla dostluq edirəm”.