"Sərdar Ortaça ismarış göndərdim ki..." - əməkdar artist

"Sərdar Ortaça ismarış göndərdim ki..." -  əməkdar artist
2750 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Baloğlan Əşrəfov “10-dan sonra” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni mahnılardan, türkiyəli ifaçı Sərdar Ortaça ismarışından bəhs edib:

“Hər mahnını bəyənmirəm, bəstə gərək səsimə düşsün. 1982-ci ildən Heydər Əliyev Sarayında konsert vermişəm. Hər ay ən az 3 konsertim olurdu. İndi orada konsert verən sevinir. Yenidən sarayda konsert istəyirəm.

Konsertlərimi heç vaxt sponsor gücünə etməmişəm. Sponsorun nə demək olduğunu bilməmişəm. Mümkün deyil kimsə çıxsın desin ki, mənim konsertimə bir manat xərcləyib.

Çox insanlar mənim mahnılarımı oxuyurlar, əksəriyyəti də icazə alır. Sərdar Ortaç “Nədəndir” mahnımı oxuyanda adımı qeyd etməmişdi. Ona ismarış göndərdim, şikayətimi bildirdim. İndi konsertdə oxuyanda da, adımı çəkir”.