Xəstə modeli Maykl Ceksona bənzətdilər - fotolar

Xəstə modeli Maykl Ceksona bənzətdilər - fotolar
9860 dəfə oxunub
  • A-
  • A
  • A+

Vitiligo xəstəliyini piyarına çevirən model Vinnie Herlounu Maykl Çeksona bənzədiblər.

Axşam.az xarici KIV-ə istinadən xəbər verir ki, model İnstaqram hesabında ona bu bənzətməyə görə, yüzlərlə şərh yazan, hətta məsxərəyə qoyanların cavabını verib.

Vinnie "İnsanlar mənə Maykl Cekson deyir. Bəziləri ironiya ilə yanaşır. Əfsanəvi müğənniyə bənzədilməyim gözəl hissdir. Bunu üçün hər kəsə "sag ol" deyirəm" deyə bildirib.

Bu günlərdə "Wonderland" jurnalının siması olan Herlou açıqlamasında bunları deyib:

"Məni tək model olaraq görməyin. Həyatı bildiyim kimi yaşayan adamam. Dünya məni Vinnie kimi tanıyır. Bəli, Vinnienin şöhrəti var. Əsl adım Şantel Braun-Yanqdır. Şantel şanslı bir qızdır. Anam mənə evdə "Vinnie" deyə səslənəndə, sinirlərim pozulur".

O, nə qədər model olmaq istəmədiyini söyləsə də, bir çox vitiligo xəstəsi bunun utanılacaq bir şey olmadığını düşünür.