Məşhur müğənninin yeni malikanəsi - fotolar

Məşhur müğənninin yeni malikanəsi - fotolar
6382 dəfə oxunub
  • A-
  • A
  • A+

Son illərin ən çox qazanan müğənnilərindən olan Adel Los-Anceles səmtindən yeni malikanə alıb.
 
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni Cennifer Lourens, Eşton Kutcher, Mila Kunis və Kameron Diaz kimi Hollivud məşhurları ilə qonşu olub. Adelin yeni evinin dörd yataq, altı vanna otağı və həyətində böyük üzgüçülük hovuzu var. Müğənninin yeni malikanəsinə 9,5 milyon dollar ödədiyi bəlli olub.

Qeyd edək ki, Adel uşaqlıqda özünü təkbaşına böyüdən anası ilə birlikdə İngiltərənin Tottenham şəhərində yaşayıb. Böyüyüb şöhrət qazanan sənətçinin ötənilki qazancı 46 milyon dollara çatıb. Artıq o, fəaliyyətini "Sony Music"lə bağladığı müqaviləyə əsasən davam etdirəcək.