Kişilər qadınları 5 xüsusiyyətinə görə seçir

Kişilər qadınları 5 xüsusiyyətinə görə seçir
13330 dəfə oxunub
  • A-
  • A
  • A+
Kişilər qadınların hansı xüsusiyyətlərini yüksək qiymətləndirir? Dadlı bozbaş bişirmək, ləziz piroq hazırlamaq, yoxsa, fövqəladə dərəcədə gözəl görünmək bacarığı? Bəlkə karyera pilləsində nailiyyətlər  qazanan qadınlar? Gəlin, etiraf edək ki, bu sual bütün qadınları maraqlandırır. Xüsusilə də gənc xanımları.

Axşam.az rusiyalı alimlərin bununla bağlı apardığı araşdırmanın nəticələrini təqdim edir.

Kişilər üçün qadın xarakterindəki 5 keyfiyyət çox önəmlidir:

1.Qadın zahiri görkəminin qayğısına qalır, həmişə baxımlı və gözəl görünür;

2.O, həyatında hansısa kişinin olub-olmamasından asılı olmayaraq xoşbəxtdir;

3.Qadın kişinin bəyənmədiyi xüsusiyyətlərinin dəyişdirməyə çalışmır;

4.Həmişə haqlı olmaq uğrunda mübarizə aparmır;

5. O, yanındakı kişini tərifləməyi, onu ruhlandırmağı bacarır.