Xalq şairinin səhhəti ağırlaşıb

Xalq şairinin səhhəti ağırlaşıb
4662 dəfə oxunub
  • A-
  • A
  • A+
"Səhhətimdə yenə bir qədər geriləmələr var".
 
Axşam.az xəbər verir ki, bu sözləri xalq şairi Fikrət Qoca səhhəti haqda Axar.az-a danışarkən deyib.
 
O, Şairlər Günündə iştirak etmək istədiyini bildirib:
 
“Özümü həyatın axarına buraxmışam artıq, hara gedər-gedər, harada dayanar-dayanar. Ağrılarım var, amma buna da şükür edirəm. Çünki ağrılarım olmasa, deməli, çoxdan ölmüşəm. Səhhətimdə problemlər olsa da, çalışacağam ki, iyunun 5-də keçiriləcək, mərhum dostum, xalq şairi Vaqif Səmədoğluna həsr olunan Şairlər günüdə iştirak edim”.