Natella Kərimova "Tüzün"ü niyə seçdi? - fotolar

Natella Kərimova "Tüzün"ü niyə seçdi? - fotolar
4373 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az keçmiş model, "Silk Way" model agentliyinin rəhbəri Natella Kərimovanın dəb və Bakıda fəaliyyət göstərən “Tüzün” geyim brendi ilə bağlı müsahibəsini təqdim edir.

- Natella Kərimovanın stili necədir? Sizin üçün hansı önəmlidir: stil, yoxsa dəb?

- Heç vaxt geyimdə konkret stil barədə düşünməmişəm. Əgər düşünsəm, bu, etno, retro və klassikanın qarışığı olardı. Dəb mənim üçün o qədər də önəmli amil deyil.





- Həm dəbli, həm də stilli görünmək üçün nə etmək lazımdır?

- Bunun üçün dəbi izləməli və bacardığın qədər onun arxasınca qaçmalısan. Fikrimcə, dəbin kiçik kaprizlərini unutmaq lazımdır, hər kəs öz individual stilini tapmalıdır.





- Geyim seçimində əhval rol oynayırmı?

- Mənə görə, geyim seçimində əhvalın rolu var. Hətta rəngi də əhvala uyğun seçirsən. Son günlər fikir verirəm ki, geyinəcəyim paltarı seçəndə, xromoterapiya edirəm: diqqət çəkməməyə çalışanda qara, sakitlik istəyəndə göy və yaşıl, insanlara parlaq və mülayim görünmək istəyəndə isə qırmızı və daha parlaq rəngləri seçirəm. Əhvalım geyimlərimin material seçiminə də təsir edir. Kətan və pambıq azadlıq əhvalı gətirir. Yun və tiftik rahatlıq, batist zəriflik deməkdir. Mənim favoritim isə ipəkdir. Bu, əsl xoşbəxtlik əhval-ruhiyəsi verir.





- Hər zaman aktual olan dəb hansıdır?

- Müzakirə aparmadan klassik dəb deyəcəm: qısa, qara libas, ağ köynək, dar şalvar, qara boğazlı kofta, qələm ətək, gödəkcə, dabanlı ayaqqabı, lazım olan aksessuarlar - bütün bunlar hər zaman aktual görünmək üçün gərəkən amillərdir.

- Hər zaman əməl etməyə çalışdığınız dəb prinsipiniz hansıdır?

- Stilim hər zaman individuallığımı göstərməlidir. Geyindiyim libas rahat olmalıdır. Əks halda daxili narahatçılıq xarici görünüşə də təsir edəcək.





- Şopoqoliksiniz? Düzgün alış-verişi necə etmək olar?

- Əslində şopoqolik deyiləm. Mağazanın vitrinində möhtəşəm libas görə bilərəm və ona bir incəsənət nümunəsi kimi tamaşa edib, keçib gedərəm. Şoppinq mənə psixoloji təsir göstərir: 20 dəqiqədən sonra yoruluram, elə bil, daş daşımışam. İndiyədək olan bütün uğurlu alış-verişlərim təsadüfdən yaranıb. İstanbulda 5 saat alış-veriş mərkəzində dolaşıb, sonda çemodanım üçün qıfıl və diş sapı aldığım vaxtlar olub. Uğurlu alış-verişlə bağlı məsləhətə gəldikdə isə, ən yaxşısı alacağını beynində dəqiqləşdirmək və onu axtarmaq lazımdır. Mövsüm endirimləri zamanı isə özünü ələ almalısan. Çünki endirimlərdən yararlanmaq xatirinə lazmsız geyimlər almaq olmaz.

 



- Niyə “Tüzün” brendini seçmisiniz?

-
Bir neçə türk brendi ilə bağlı məlumatlarım var. Onlar materialları və keyfiyyəti ilə seçilir. Bu siyahıda “Tüzün” də var. Əlimdə olan məlumatlar bu brendin mağazası ilə bağlı gələn təkliflə razılaşmağıma vasitəçi oldu. Kolleksiyanın modelləri sırasında müasir, işgüzar və 30 yaşdan yuxarı olan xanımlar üçün geyimlər var. Mən də özümə müxtəlif stillərdə - həm iş, həm də istirahət üçün libaslar seçdim. Ümid edirəm ki, uğurlu alınıb.

Məşhur və dəbli türk brendi olan “Tüzün”ün butiki Bakının mərkəzində, Üzeyir Hacıbəyov 2 ünvanında yerləşir. “Tüzün”lə bağlı bütün məlumatları (012) 498 87 87, (050) 700 22 27 nömrələrindən və “Facebook” səhifəsindən əldə edə bilərsiniz.