“ATV Maqazin” verilişi bağlandı?

“ATV Maqazin” verilişi bağlandı?
7122 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün mediada “ATV Maqazin” verilişinin bağlanması ilə bağlı xəbər yayılıb.

Axşam.az-ın məlumatına görə, proqramın yaradıcı heyəti xəbərin yalan olduğunu bildirib.

Müxbir Nərgiz Əliyeva “ATV Maqazin”in heyətinin yay tətilinə çıxdığını və yeni mövsümdən verilişin yayımlanacağını deyib:

“Ölkənin ən reytinqli verilişi olan “ATV Maqazin” yayımını dayandırmayıb. Əksinə bu isti yay günlərində də efiri davam etdirib. İndi yeni mövsümə ciddi hazırlıq gedir. Yeniliklər edib, daha möhtəşəm formada tamaşaçı qarşısına çıxacağıq. Efir vaxtımız da dəyişməyib. Sentyabrdan hər şənbə günü saat 21:40-da fərqli “Atv maqazin” yayımlanmağa başlayacaq”.