İlhamə Esra Erolun verilişində tənqid olundu - qaradərili namizədə görə

İlhamə Esra Erolun verilişində tənqid olundu -  qaradərili namizədə görə
9020 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, Azərbaycanda valideynləri tərəfindən evdən qovulan İlhamə adlı 33 yaşlı xanım Türkiyənin “ATV” kanalında yayımlanan “Esra Erolda” adlı evlilik proqramına qatılıb.

Axşam.az-ın məlumatına görə, verilişin dünən yayımlanan bölümündə Mustafa adlı qaradərili bir gənc İlhamə üçün namizəd olub.

Mustafa Ordudan gəldiyini və müsəlman olduğunu deyib.

İlhamə “Mən belə xəyal etməmişdim. İstəmirəm, mən ondan qorxuram. Bir türklə ailə qurmağı arzulayıram” deyə, etirazını bildirib.

Studiyada olan qonaqlar qızın bu ifadələrini və sərt reaksiyasını tənqid edib, ona "Sənə salam verəndə, ayağını bir-birinin üstünə qoymuşdun. Sən get birinci insanlıq öyrən" deyiblər.