Müğənni Səbinə Ərəbli canlı yayıma yeni doğulan oğlu Mətinlə birlikdə qatılıb.
Axşam.az-ın məlumatına görə, muğam ifaçısı “Hər şey daxil” verilişində oğlunu məcbur efirə gətirdiyini deyib.
O, uşağı evdə tək qoya bilmədiyi üçün özü ilə birlikdə götürdüyünü söyləyib. Səbinə ilk dəfədir oğlunu efirə çıxardığını vurğulayıb.
Qeyd edək ki, S.Ərəblinin oğlu bu ilin yanvarında dünyaya gəlib. İfaçı ötən ilin aprelində "Dünya" TV-nin aparıcısı İbrahim Azəri ilə ailə qurub.