Xaçmazda beynəlxalq festival keçirilib - fotolar

Xaçmazda beynəlxalq festival keçirilib -  fotolar
661 dəfə oxunub
  • A-
  • A
  • A+

Xaçmaz şəhərində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festival keçirilib.

Axşam.az xəbər verir ki, “Multikulturalizmin alternativi yoxdur” şüarı altında təşkil olunan festivalın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, ölkəmizdə akkreditə olunmuş səfirliklərin nümayəndələri və xarici qonaqların qatıldığı festivalın məqsədi Azərbaycanda tarixən mövcud olan multikultural dəyərlərin qorunması, yaşadılması və təbliğidir.