"Rusiyadan təklif almışam" - Kamran Ağabalayev

"Rusiyadan təklif almışam" -  Kamran Ağabalayev
1023 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Kamran Ağabalayev Türkiyə mediasına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, aktyor qardaş ölkədə fəaliyyətə başlamasının səbəblərini açıqlayıb:

“Fərqli ab-havada çalışmaq, yeni insanlar tanımaq, özümü inkişaf etdirmək istədim. Korhan Uğur çağırdı, mən də sevərək oynadım. Özümü burada əcnəbi kimi hiss etmirəm.

Türkiyədə də, Azərbaycanda da film sahəsi son günlər inkişaf edir. Ekran işləri bir çox beynəlxalq festivallara qatılır. Türk serialları bütün dünyada yayımlanır.

Türkiyədə komediya filmlərində oynasam da, Azərbaycanda dramatik aktyor kimi tanınıram”.

K.Ağabalayev yeniliklərindən söz açıb:

“İki layihəyə dəvət almışam, hələ danışıqlar gedir. Bu ilin sonunda Nyu-Yorkda çəkilən “3 gün və 1 ömür” filmi təqdim olunacaq. Rusiyadan da təklif alıram. Hələ düşünürəm”.