"Həmin gündən həyatım tamamilə dəyişib" - fotolar

"Həmin gündən həyatım tamamilə dəyişib" -  fotolar
3388 dəfə oxunub
  • A-
  • A
  • A+

“1999-cu ildən oruc tuturam. Həmin vaxt ilk dəfə məsciddə olmuşam. 18 ildir İslam dininin bütün qaydalarına əməl edirəm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aktyor, “Bakılı oğlanlar” komandasının aktyoru Bəhram Bağırzadə “nargismagazine.az” saytına açıqlamasında deyib.

“2000-ci ildə Həcc ziyarətində olmuşam. Həmin gündən həyatım tamamilə dəyişib: siqaret çəkməyi, içki içməyi atdım, namaz qılmağa başladım” deyə, B.Bağırzadə əlavə dib.

O, dinə bağlılığından danışıb:

“Düşünürəm ki, heç kimi namaz qılmağa və oruc tutmağa məcbur etmək olmaz. Bu insanın içindən gəlməlidir. Ailəmizdə anam, həyat yoldaşım, 12-14 yaşlı uşaqlarım da oruc tuturlar. Müasir həyat yaşamağımıza baxmayaraq, İslam qaydalarına riayət edir, hər il orucumuzu tutmağa çalışırıq”.