Halit Ergenç Kıvançın müəllimi ilə çalışacaq

Halit Ergenç Kıvançın müəllimi ilə çalışacaq
2609 dəfə oxunub
  • A-
  • A
  • A+

“Vətən xaini” serialı ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşan məşhur aktyor Halit Ergenç aktyor Kıvanç Tatlıtuğun “Kuzey Güney” serialındakı idman müəllimi ilə çalışmağa başlayıb.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ara Karanfildən dərs alan Halit daha öncə idman edərək arıqlamışdı.

İndi isə aktyor “Thai Box”la məşğul olacaq. “Həyatımda ilk dəfə bu idman növü ilə məşğul oluram, çox maraqlıymış” deyən Ergenç bunu yalnız sağlamlığı üçün etdiyini deyib. Aktyorun pərəstişkarları isə Halitin idmanla məşğul olmasının səbəbini onun yeni mövsümdə daha yaraşıqlı və gözəl bədənlə kamera qarşısına keçmək istəməsi ilə əlaqələndirib.