Bu gün birinci Qədr gecəsidir

Bu gün birinci Qədr gecəsidir
14884 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gecə Azərbaycanda birinci Qədr (əhya) gecəsidir.

Axşam.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi qeyd edir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-cu gününə keçən gecəyə, yəni bu gecəyə təsadüf edir.

Quranın nazil olması bu günlərdən birinə təsadüf etdiyindən insanlar həmin gecələri dua edib ibadətlə məşğul olurlar.
Azərbaycanda ikinci Qədr gecəsi iyunun 26-dan 27-nə, üçüncü Qədr gecəsi iyunun 28-dən 29-na və sonuncu Qədr gecəsi isə iyulun 2-dən 3-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, bayram namazı iyulun 6-da qılınacaq.