Azərbaycanlı müğənni avtomobil qəzası keçirib

Azərbaycanlı müğənni avtomobil qəzası keçirib
10710 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Bahar Lətifqızı avtomobil qəzası keçirib.

Axşam.az-ın məlumatına görə, sənətçinin ağır vəziyyətdə olduğu xəbəri yayılıb.

B.Lətifqızı sosial şəbəkədə hadisə ilə bağlı fikirlərini bölüşüb:

"Ağır yol qəzası keçirdiyim və vəziyyətimin ağır olduğu xəbərləri yayılıb. Maşınımın təkəri başqa avtomobilin təkərinə sürtülüb. Dövlət yol polislərimiz sağ olsunlar, çəkilişə gecikdiyim üçün tez özlərini çatdırdılar və problemi aradan qaldırdılar. Vəziyyətim yaxşıdır, heç bir xəsarət almamışam".

Qeyd edək ki, hadisə B.Lətifqızı əməkdar artist Mehriban Xanlarovanın aparıcısı olduğu və "Dünya TV"də yayımlanan “Sirriniz Qalmasın” verilişinə gedərkən baş verib.