Azərbaycanlı diktor vəfat etdi

Azərbaycanlı diktor vəfat etdi
4975 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin diktoru iş başında dünyasını dəyişib.

Axşam.az ans press-ə istinadən xəbər verir ki, tanınmış diktor Bəxtiyar Şərifzadənin ötən gün axşam saatlarında iş başında qəfildən halı pisləşib. Dərhal təcili tibbi yardım çağrılıb. Lakin 55 yaşlı diktoru xilas etmək mümkün omayıb.

İlkin məlumata görə ölümə səbəb ürək tutması olub.

Bəxtiyar Şərifzadə diktor fəaliyyəti ilə yanaşı Azərbaycanda bir çox filmlərin səsləndirilməsində, dublyaj işində də iştirak edib.

Bəxtiyar Şərifzadə Azərbaycan Dövlət Radiosunun 25 ildən artıq xidmət edib. 1988-cı ildən bəri radioda diktorluq edib.

Mərhum bu gün dəfn ediləcək.

Allah rəhmət eləsin!