Bakıda "Eurovision"a rəqdib müsabiqə baş tutdu - fotolar

Bakıda "Eurovision"a rəqdib müsabiqə baş tutdu -  fotolar
2140 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Sarayında “Youthvision” mahnı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, tədbir Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Mükafatlandırma mərasimi italyan müğənni İnqridin ifası ilə açılıb.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıb. O, müsabiqənin bundan sonra hər il təşkil olacağını diqqətə çatdırıb:

“Növbəti illərdə müsabiqədə iştirak edəcək ölkələrin sayının artırılması nəzərdə tutulur. Builki müsabiqədə 19 ölkə iştirak edir”.

Daha sonra “Youthvision” mahnı müsabiqəsində iştirak edən təmsilçilərin ifasında mahnılar səsləndirilib.

Münsiflər heyətinin qərarına əsasən Ukrayna təmsilçisi 1-ci, Belarus təmsilçisi 2-ci, Gürcüstan təmsilçisi isə üçüncü yerə layiq görülüb. İlk üç yerin sahibi pul və qiymətli hədiyyələrlə mükafatlandırılıb. (AzərTac)