Müğənnilər vergi borclarından danışdı: "Ödəmək fikri yoxdur"

Müğənnilər vergi borclarından danışdı:  "Ödəmək fikri yoxdur"
3666 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün vergilər Nazirliyi borcu olan müğənnilərin siyahısını açıqlayıb.

Axşam.az məsələ ilə bağlı müğənnilərin fikrini öyrənməyə çalışıb.

Xalq artisti Gülyanaq Məmmədova borcu olmadığını, yalan yazıldığını deyib.

Əməkdar artist Mətanət İsgəndərlinin mətbuat katibi ifaçının fikirlərini təqdim edib. O, müğənninin vergisini vaxtı-vaxtında ödədiyini deyib:

"Mətanət xanım bildirib ki, hansısa toya gedirsə, oradan gəliri olursa, 4 faizini vergiyə ödəyir. Bu deyilən borc köhnədən qalıb. 2008-ci ildə ona 18 faizlə borc yazılıb. O da külli miqdarda pul edir. Son məqamda xəbər verilib. Hər dəfə gedəndə, müəyyən səbəblər gətirilir. Oratada anlaşılmazlıq yaranıb. Bunu isə ödəmək fikri yoxdur. 18 faizlə vergi çox yüksəkdir".

Əməkdar artist Elza Seyidcahan isə diqqətsizlik etdiyini söyləyib:

"Ola bilər bir az borcum qalsın. Ramazan ayıdır, həm gəlirimiz yoxdur, həm də diqqətsizlik etmişəm. Mən sənətindən çox pul qazanan müğənni deyiləm. Nə vaxt gəlirim olubsa, borcumu ödəmişəm. İndi də gedib maraqlanacam, nə borcum varsa, ödəyəcəm".

Əməkdar artist Abbas Bağırov vergi borcu olmadığını, adının siyahıya səhvən yazıldığını deyib.

Müğənni Zamiq Hüseynov hazırda Bakıda olmadığını söyləyib:

"Vergi borcumu vaxtında ödəmişəm. Bu borcdan xəbərim yoxdur. Bakıya qayıdıb, aydınlaşdıracam".

Müğənni Rəqsanə İsmayılova isə bu haqda danışmaq istəməyib.