Lətafət beynəlxalq festivalda aparıcılıq etdi - fotolar

Lətafət beynəlxalq festivalda aparıcılıq etdi -  fotolar
1422 dəfə oxunub
  • A-
  • A
  • A+

Alanyada "Kristal Kale" Beynəlxalq Film Festivalının açılışı olub.

Axşam.az-ın məlumatına görə, festivalda on ölkənin tanınmış simaları iştirak edib. Gecənin aparıcılığı həmyerlimiz Lətafət Ələkbərovaya həvalə olunub.

"Tanınmış aktrisalar Vilma Elles və Selda Alkorla bir araya gəldim. Gecədə eyni zamanda Rusiyanın və Ukraynanın xalq artistləri də yer alırdı. Festival iyunun 30-da bitəcək. Geyimim modelyer Gülnarə Xəlilovanın kolleksiyasındandır" deyə, L.Ələkbərova bildirib.

Gecədə iştirak edənlər arasında rejissor Kənan M.M.də olub.

Qeyd edək ki, festivalda  Azərbaycan, Türkiyə, Almaniya, Danimarka, Hollandiya, Ukrayna və başqa ölkələrin istehsalı olan filmlər nümayiş olunacaq.