Leyla Əliyeva Mələk Çakmakla görüşüb - foto

Leyla Əliyeva Mələk Çakmakla görüşüb -  foto
2402 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb.

Axşam.az xəbər verir ki, görüşdə FAO-nun Azərbaycandakı fəaliyyəti, IDEA və FAO arasında əməkdaşlıq, qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi, regional və beynəlxalq layihələrdə iştirak və digər məsələlər müzakirə olunub.

M.Çakmak rəhbərlik etdiyi ofis tərəfindən Azərbaycanda həyata keçirilən layihə və proqramlar barədə məlumat verib, FAO-nun gələcək planlarından danışıb.

Leyla Əliyeva FAO tərəfindən həyata keçirilən proqram və layihələrdə ekoloji təmiz və ətraf mühitə həssas yanaşmanın təşviq edilməsinin təşəbbüslərin davamlılığı baxımından əhəmiyyət kəsb etdiyini bildirib.

Görüş zamanı, həmçinin Mədəniyyətlərarası Dialoq üzrə Bakı Prosesi çərçivəsində ərzaq təhlükəsizliyinin qlobal müstəvidə təşviqi məsələsi müzakirə edilib. FAO və BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) arasında 2013-cü ildə imzalanmış Anlaşma Memorandumunda bu məsələ bilavasitə əks olunub.

Tərəflər birgə fəaliyyətlə bağlı görüş və məsləhətləşmələri mütəmadi əsaslarla davam etdirmək barədə razılaşıblar.