Ərindən boşanan Ember 10 kiloqram arıqladı - foto

Ərindən boşanan Ember 10 kiloqram arıqladı -  foto
2754 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Coni Deppin keçmiş arvadı Ember Herd Londonda uzun müddət qaldıqdan sonra Los-Ancelesə qayıdıb.

Axşam.az-ın Rusiya KİV-inə istinadən xəbərinə görə, paparassilər Herdi hava limanında görüntüləyib. Onun xeyli arıqlaması diqqətdən qaçmayıb.

Stressli günlər yaşayan Emberin 10 kiloqram arıqladığı bəlli olub. Hətta yeni çəkiləcəyi filmdəki obrazı üçün tikilən libaslar aktrisanın əyninə böyük qalır. 

Qeyd edək ki, Herd həyat yoldaşı Coni Depplə qalmaqallı şəkildə ayrılıb. Aktrisa Hollivud ulduzunun onu döydüyünü iddia edib. Coni isə xanımının lezbiyan olduğunu, ona xəyanət etdiyini söyləyib.

Coni Depp hazırda Bahamda özəl adasında dincəlir.

Boşanmaq üçün məhkəməyə müraciət edən Ember aktyordan ayda 50 min aliment ödəməsini tələb edib.