Kadir Doğulu qardaşı Kamalla qovuşdu – foto

Kadir Doğulu qardaşı Kamalla qovuşdu – foto
9649 dəfə oxunub
  • A-
  • A
  • A+

15 iyundan bəri reanimasiyada saxlanılan və 3 gün əvvəl xəstəxanadan çıxardılan stilist Kamal Doğulu sevdikləri ilə qovuşub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Kadir Doğulu da böyük qardaşı Kamal Doğulu ilə qovuşmasından böyük sevinc hissi duyub.
 
O, sosial şəbəkədə foto paylaşaraq hislərini bölüşüb:
 
“Hər kəsə salam. Taksim Acıbadem xəstəxanasının işçilərinə təşəkkür edərək sözümə başlamaq istəyirəm.Çətin və ağır günlərdən keçdik və Kamala çox yaxşı baxdılar. Artıq daha yaxşıdır. Amma özünə qulluq etməlidir. Ona görə də bir müddət burada ola bilməyəcək, sizə salamı var. Təbii ki, dualarını əskik etməyən hər kəsə təşəkkür edirəm. Allah sizdən razı olsun. Çox şey yazıldı, uzaqdan-yaxından əlaqəsi olmayan sözlər deyildi. Canımızla məşğul olarkən deyilənlərə görə çox təəssüfləndik. Artıq qardaşım yaxşıdır, hər şeyi unutduq. Xəstəxananın qarşısına gəlib ailəmi görmədən şou edib gedənlər, sizi də unutmadım, sadəcə Allaha həvalə edirəm. Sevgi ilə və sağlam qalın!”