Çılpaq yatmaq qarın piylərini əridir, yaşlanmanı gecikdirir

Çılpaq yatmaq qarın piylərini əridir, yaşlanmanı gecikdirir
5560 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstraliya, Hollandiyavə ABŞ-da çılpaq yatmağın faydaları araşdırılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyada edilən araşdırmaya görə, rahat şəkildə yuxuya getməkdə çılpaq yatmağın böyük faydası var.

Hollandiyada edilən araşdırmada təcrübəçilərə bədən istiliklərini salan termal pijamalar geyindirilib. Bu zaman onların daha dərin və rahat yuxu aldıqları bəlli olub.

ABŞ-da edilən araşdırmada isə, soyuq bir otaqda yatan insanların daha çox kalori yandırdığı və insulin həssaslığının daha inkişaf etmiş olduğu aşkarlanıb.

Bəzi araşdırmalar isə yatarkən xüsusilə ayaq, qoltuqaltı və genital bölgələrin havalandırılmasının vacib olduğunu göstərir.

Çılpaq yatmaq yuxunun keyfiyyətini yaxşılaşdırır. Keyfiyyətli yuxu isə yaşlanmanın qarşısını alır.

Ayağınızı sıxan corab, belinizi sıxan şalvar, altınıza yığışan köynək yuxuda qan dövranını çətinləşdirir. Çılpaq yatarkən isə belə bir problem olmur və qan ürəyə, damarlara yaxşı gəlir.

Amerikalıların yalnız yüzdə 8-i çılpaq yatdığı halda, Avropada bu nisbət daha yüksəkdir. Məsələn, ingilislərin üçdə biri çılpaq yatır.