İrina Şeyk ana olmaq istəyir

İrina Şeyk ana olmaq istəyir
4290 dəfə oxunub
  • A-
  • A
  • A+

Model İrina Şeyk və onun 41 yaşlı sevgilisi Bredli Kuper uşaq sahibi olmaq istəyirlər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda İrinanın rəfiqəsi məlumat verib:
 
“Onların münasibətləri indi həqiqətən ciddidir. Artıq gələcək barədə xəyal qurur və öz kiçik ailələrini yaratmağa tələsirlər. İrina uşaqları çox sevir, onunçun bu mövzu olduqca əhəmiyyətlidir. Artıq bu istiqamətdə hərəkət etməyi düşünürlər”.

Xatırladaq ki, 30 yaşlı Şeyk hələ noyabrda ana olmaq istədiyini söyləmişdi. Cütlük ötən ilin yazından görüşməyə başlayır.