Şakiranın futbol paylaşımı gündəm oldu - foto

Şakiranın futbol paylaşımı gündəm oldu - foto
8215 dəfə oxunub
  • A-
  • A
  • A+

İspaniya futbol yığmasının müdafiəçisi Jerard Pikenin həyat yoldaşı, müğənni Şakira Tvitterdəki paylaşımı ilə gündəm olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dünən futbol üzrə Avropa çempionatında Polşa ilə İsveçrə komandalarının qarşılaşmasında isveçrəli Şakirinin (Shaquiri) vurduğu mükəmməl qol müğənninin də diqqətini çəkib.

O, adının da bənzədiyi futbolçu ilə maraqlı və gülməli foto düzəldərək "Tarixdə ilk dəfə bir cütlük Avropa çempionatına qol vurdu: Pike və Şakiri" qeydi ilə paylaşıb.