Bakı konsertinə hazırlaşan müğənni həyat yoldaşı ilə Bodrumda - fotolar

Bakı konsertinə hazırlaşan müğənni həyat yoldaşı ilə Bodrumda - fotolar
8166 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Murat Dalkılıç və həyat yoldaşı, aktrisa Merve Boluğur Bodrumda tətil edirlər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yaxtada istirahət edən ikili suya da baş vurublar. Merve əvvəl sudan qorxsa da, Murat onu razı salıb. Paparassilərin hədəfinə düşən Muratın evlilikdən sonra kökəldiyi, Mervenin isə bədənini qoruya bildiyi görünüb.

Qeyd edək ki, Murat Dalkılıç Ramazan bayramı münasibətilə Bakıda konsert verəcək. İyulun 8-də baş tutacaq konsert “Sapfir” restoranda gerçəkləşəcək. Dalkılıç səhnəni Sərdar Ortaçın duet ortağı kimi tanınan Otilia ilə bölüşəcək.