İrem Derici yeni sevgilisi haqda ilk dəfə danışdı

İrem Derici yeni sevgilisi haqda ilk dəfə danışdı
7257 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İrem Derici yeni sevgilisi Lider Şahin haqda ilk dəfə açıqlama verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dostlarıyla kafedən çıxarkən görüntülənən müğənni sevgilisi ilə yeni qayıtdığı tətil haqda danışıb:

"Çox gözəl keçdi. Çoxlu dostumuz vardı yanımızda. Yorulduq bir az, amma çox əyləndik. Maşallah, münasibətimiz çox gözəl gedir".

İ.Derici L.Şahinin ailəsinin onu istəməməsi haqda yazılanlar haqda isə deyib:

"Qarşı tərəfi çox darıxdırdınız. Belə bir şey yoxdur. Çox şişirtdilər. İnsanların üstünə bu qədər getməzlər. Hər kəsin kefi yerindədir".