Ramazan ayının 21-ci günü: imsak və iftar

Ramazan ayının 21-ci günü: imsak və iftar
2479 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycanda Ramazan ayının iyirmi birinci günüdür.

Axşam.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 27-də imsak saat 03:10, iftar isə 20:32-dədir.

İftar duası:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Ramazan ayının 21-ci gününün duası:

"Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin".

Tərcüməsi:
"İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!"