"Elçiləri mənim yox, həyat yoldaşımın yanına gəlib" - video

"Elçiləri mənim yox, həyat yoldaşımın yanına gəlib" -  video
14113 dəfə oxunub
  • A-
  • A
  • A+
“Aysunun elçiləri mənim yox, həyat yoldaşımın yanına gəlib, ondan istəyiblər. Həm də bizim ailədə böyüyümüz var – anam. “Hə”ni o verəcək”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Rəqsanə İsmayılova “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

İfaçı qızını xaricdə yaşayan birinə ərə ermək istəmədiyini etiraf edib:

“Anam Aysunu istəyən oğlanın ailəsi ilə internetlə danışıb. Artıq məndən xəbərsiz razılıq verib. Mənim ürəyimcə deyil. Həm də qızımın məndən uzaq yaşamasından narahatam. Amma anam deyir ki, yaxşı insanlardır. Mənə var-dözlət önəmli deyil. İnsan yaşlandıqca baş yoldaşı axtarır".

R.İsmayılova qızı ilə şərt kəsdiyini də bildirib:

"Qızıma demişəm ki, gedib boşanacaqsansa, otur yanımda. Biz tanınmış insanların adı pisdir. Deyirlər ki, “müğənni qızıdır da, gedib boşanacaq”. Xeyir, müğənninin qızı da övladdır".