Bu gecə Azərbaycanda üçüncü Qədr (əhya) gecəsidir.
Axşam.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi qeyd edir ki, ikinci Qədr gecəsi Ramazan ayının 22-dən 23-cü gününə keçən gecəyə, yəni bu gecəyə təsadüf edir.
Quranın nazil olması bu günlərdən birinə təsadüf etdiyindən insanlar həmin gecələri dua edib ibadətlə məşğul olurlar.
Qeyd edək ki, bayram namazı iyulun 6-da qılınacaq.
Qədr gecəsi ilə əlaqədar tövsiyələr:
1. Gecəyə qədər, Allahdan bu gecənin bərəkətindən istifadə etmək ləyaqətini əldə etmək üçün dua etmək;
2. Qədr gecəsinin keçirilmə keyfiyyətini əvvəlcədən proqramlaşdırmaq;
3. Qədr gecəsində əhya saxlayacağını (oyaq qalacağını) nəzərə alaraq, gecəyədək dincəlməyi unutmamaq;
4. Qədr gecəsi başlananadək, Allah dərgahında səmimi surətdə tövbə edib, qəlbində bütün möminlərin öz üzərində haqqını halal etmək;
5. Əhya niyyətilə qüsl almaq; 2 rükət əhya namazı qılmaq; təvəssül əməlini və Qədr gecəsinə aid müfəssəl kitablarda göstərilmiş digər əməlləri yerinə yetirmək;
6. Allahdan özü üçün və digər müsəlmanlar üçün çox-çox bağışlanmaq istəmək; Quran oxumaq; qəza namazları varsa, onların qılınmasına vaxt ayırmaq; İslam maarifi ilə məşğul olmaq.