Acun canlı efiri yarımçıq saxladı - video

Acun canlı efiri yarımçıq saxladı - video
13934 dəfə oxunub
  • A-
  • A
  • A+

"Survivor"un dünən axşamkı canlı yayımlanan yarımfinalı İstanbulda baş verən terror hücumuna görə erkən bitirilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Şimali Kiprdən birbaşa efirə gedən proqramda Damla və Atakan finala çıxmaq üçün yarışıblar. Efirin davam etdiyi zamanda İstanbul Hava Limanında baş verən partlayışlar xəbəri gəlib. Bu səbəbdən reklamlardan sonra aparıcı Acun İlıcalı finalçını açıqlayaraq efiri vaxtindan tez bitirib:

"Aldığımız xəbərlə məhv olduq. Biz də reklam arasında öyrəndik. Həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Buna görə də gecəni uzatmağa ehtiyac yoxdur. Nəticələri açıqlayıb efiri bitiririk".

Beləliklə, finalda Serkayın rəqibi Atakan olub.

Qeyd edək ki, son məlumatlara görə, dünən gecə İstanbul Hava Limanında baş verən partlayışlar nəticəsində dünyasını itirənlərin sayı 39-a çatıb.