Lalə Məmmədova hovuzda klip çəkdirdi - foto

Lalə Məmmədova hovuzda klip çəkdirdi -  foto
6219 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Lalə Məmmədova “Çıx yollarıma” adlı mahnısına klip çəkdirib.

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri Arzu Yahyayeva, musiqisi Rasim Məmmədova məxsusdur.

Ekran işinin rejissorluğu Nail Naiboğluna həvalə edilib. 

N.Naiboğlu klipdə L.Məmmədovanı hovuzda çəkdiyini deyib:

“Çəkilişlər 20 saat davam edib. Lalə xanım dörd obrazda oldu. Ən diqqətçəkən anlardan biri də müğənnini hovuza salmağım olub. Lalə ilə eyni universiteti bitirmişik, 20 ildir dostuq. Kimsə Laləni hovuzda klip çəkdirdiyi, soyunduğu üçün qınaya bilər. Biz etik qaydalara riayət etmişik, çərçivədən çıxmamışıq. Laləni çətinliklə razı sala bildim ki, yaxşı alınacaq. Çimərlik geyimini normal qəbul ediriksə, bunu da başa düşməliyik”.