Azərbaycanlı məşhurlardan İstanbuldakı terrorla bağlı paylaşımlar

Azərbaycanlı məşhurlardan İstanbuldakı terrorla bağlı  paylaşımlar
3768 dəfə oxunub
  • A-
  • A
  • A+
İstanbulda Atatürk Hava Limanında baş verən terror hadisəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

Axşam.az-ın məlumatına görə, dünya ulduzları ilə yanaşı, yerli tanınmışlar da qardaş ölkəyə başsağlığı verərək, sosial şəbəkədə bunla bağlı paylaşımlar ediblər.

Əməkdar artist Lalə Məmmədova terroru lənətləyib:

“Nə qədər deyəcəyik “Terrora lənət” və ya “Başın sağ olsun Türkiyə”? Özümüzü nə qədər aldadacağıq? Dünyanın ən gözəl, tarixi zəngin ölkəsi olan Türkiyə buna layiq deyil. Bunun bir sonu olmalıdır. Atataürk Hava Limanında hər birimiz ola bilərdik. Belə ölümü, qisməti həzm edə bilmirəm. Səbr, səbr, yenə də səbr”.

Aparıcı Xoşqədəm Hidayətqızı “Canım Türkiyəm, sən daha nə qədər göz yaşı tökəcəksən? Bu qatillərə layiq olduqları cavab verilməyəcəkmi? Hər gün partlayış, hər gün... Bəsdir, artıq. Başımız sağ olsun” deyə, bildirib.

Aparıcı Kamilə Babayeva da qardaş ölkəyə başsağlığı verib:

“Nə qədər olar axı... İnsanlara bir rahat, hüzur dolu gün niyə yoxdur? Ürəyimiz sizinlə döyünür, Türkiyə. Allah ölənlərə rəhmət, ailələrinə səbr verisin”.