"Müğənni olmamağımın səbəbkarı Elnurdur"

"Müğənni olmamağımın səbəbkarı Elnurdur"
4493 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir vaxtlar müğənnilik edən aparıcı Hüsniyyə Məhərrəmova oxumamağının səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, o, “5-ci element” verilişində buna səbəb “O səs Türkiyə”nin qalibi Elnur Hüseynov olduğunu bildirib:

“Mən “Sing your Song” yarışmasında üçüncü oldum. Həmişə soruşurlar ki, Bakı Musiqi Akademiyasını bitirmisən, niyə oxumursan? Mənim müğənni olmamağımın səbəbi Elnur Hüseynovdur. “Sing your song” müsabiqəsi zamanı Elnur elə oxuyurdu ki... Başa düşdüm ki, ya belə oxumaq lazımdır, ya da oxumamalısan”.