Sərxan İlkin və Fərdanı paxıllıqda günahlandırdı

Sərxan İlkin və Fərdanı paxıllıqda günahlandırdı
1791 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Sərxan Kərəmoğlu yeni çəkilən filmlərin qala gecələrinə dəvət olunmamasından gileylənib.

Axşam.az-a açıqlama verən aparıcı İlin Həsəni, Elşən Orucov, Fərda Xudaverdiyev və başqalarına səslənib. 

O, tanınmışları "qorxaq" adlandırıb:
 
“2004-cü ildə ilk özəl filmi mən Etibar Babayevin dəstəyi ilə çəkdim. “Adam ol” filminin tək reklamına 80 min dollar pul verilmişdi. Özəl təyyarə belə kirayə götürülmüşdü. Çox da bəyənildi. Daha sonra çəkdiyim “Adam ol 2” də onun 70 faizi qədər sevildi.

İndi çəkilən filmlərdən “Bozbash pictures”in, İlham Qasımovun işlərini bəyənirəm.  Film çəkən gündəmi tutmalıdır. Əlimdə elə bir ssenari var ki, indi də, 5 ildən sonra da çəksəm partlayacaq. Hələ gözləyirəm. İndikilər çox çalışırlar, alınır da. Amma  tükənəcəklər.
 
Harada olsam aparıcılar mənə hörmətlə yanaşırlar. Amma unutmasınlar ki, özəl film çəkməyin bünövrəsini Sərxan qoyub. Bu gün onlar məni qalaya çağırmırlar. Bilirlər ki, Sərxan gedib baxandan sonra düzü nədirsə deyəcək. Ay İlkin Həsəni, Elşən, Fərda niyə Sərxana bir dəvətnamə göndərmirsiniz? Bu, qorxudur, yoxsa paxıllıqdır? Hələ buna cavab tapa bilmirəm”.

S.Kərəmoğlu Mədəniyyət və Turizm Nazirliyinin yeni çəkilən filmlərin əksəriyyətinə dəstək olmamasından şikayətlənib:

“Əslində filmi çəkən insanlara dövlət tərəfindən dəstək lazımdır. Amma Mədəniyyət və Turizm Nazirliyi özlərinə sərf edən filmlərə dəstək olur. "Pulu verim, getsin çəksin” prinsipi olmamalıdır. Pulu verib, onu geri almağı düşünməlisən. Türkiyədə, Rusiyada filmlə bağlı atılan addımların 5 faizi bizdə olardı”.