"Ailəm və mən terrordan son anda xilas olduq"

"Ailəm və mən terrordan son anda xilas olduq"
6798 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı və aktrisa Defne Samyeli İstanbulda 36 nəfərin ölümü, 147 nəfərin yaralanması isə nəticələnən terror hadisəsindən son anda qurtulub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Samyeli baş verənləri İnstaqramda belə qeyd edib:

"Dünən ailəm və mən terrordan son anda xilas olduq. Şükr etməklə yanaşı sevinə bilmədim. Hava limanında dünyasını dəyişən insanlarımız, şəhid polislərimiz üçün. Ölkəmizin içində olduğu bu vəziyyət üçün səhərə qədər göz yaşı tökdük. Yenə o qəhrəman polislər. Onlar olmasaydı, daha böyük itki olardl. Bu gün məcburən yenə hava limanındayıq. Dünənki hadisənin qalıqları tamamilə silinib. Ordakı işçilər dünən bəzi dostlarını itirsələr də, sabaha qədər burada olsalar da, soyuqqanlıqla vəzifələrinə davam edirlər. İnsanlar yas havasındadır".