Türkiyədə matəm elan olundu

Türkiyədə matəm elan olundu
2363 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən İstanbulda baş verən terror hadisəsinə görə ölkədə bu gün milli matəm elan olunub.

Axşam.az-ın məlumatına görə, terror aktında həyatını itirənlərin xatirəsinə hörmət olaraq rəsmi şəkildə elan olunan matəm bir gün davam edəcək.

Ölkədə və bütün xarici nümayəndəliklərdə, səfirliklərdə bayraqlar yarıya qədər endirilib.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 41 nəfərə çatdığı, 239 nəfərin isə yaralandığı bildirilir. Ölənlər arasında Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Tunis, Özbəkistan, İran, İordaniya və Ukrayna vətəndaşları var.

İlkin məlumatlara görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.