Xoşqədəm və Doğuşun əkizlərinə qurban kəsdi - fotolar

Xoşqədəm və Doğuşun əkizlərinə qurban kəsdi -  fotolar
14612 dəfə oxunub
  • A-
  • A
  • A+
Yaxın dostu aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun yeni doğulan əkizlərinə qurban kəsib.

Axşam.az-ın məlumatına görə, aparıcı həmin an çəkilən fotolarını sosial şəbəkədə paylaşıb.

Uzun müddətdir İstanbulda olan X.Hidayətqızı və Doğuş eyni zamanda Bakıya qayıtdığını da vurğulayıb:

“Ardamızın və Arınımızın qurbanı kəsildi. Ruslan qardaşımın anası niyyət etmişdi ki, nəvələri Bakıya gələn kimi qurban kəsəcək. Niyyəti qəbul olundu. Mən Allahımdan hər zaman milyonlar yox, ondan daha çox dostlar istəmişəm. Bu günümə şükürlər olsun. Kişiliyi olan, mərhəmətli, insan kimi adamlarla bir aradayam, dostlarım onlardı”.